Gənclər siyasəti ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası yaxın günlərdə keçiriləcək

Gənclər siyasəti ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası yaxın günlərdə keçiriləcək İntiqam Babayev: "Proqramda qeyd olunan məsələlərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib"
Sosial müdafiə
25 Oktyabr , 2017 12:14
Gənclər siyasəti ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası yaxın günlərdə keçiriləcək
Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Yaxın günlərdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı yeni Əlaqələndirmə Şurasının ilk iclası keçiriləcək".

“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlət proqramının icrasıilə bağlı keçirilən müşavirədə deyib.

O qeyd edib ki, proqram çərçivəsində hər tədbirin maraqlı keçirilməsi üçün zəruri addımlar atılacaq: "Proqramda qeyd olunan məsələlərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib".

Nazir müavini əlavə edib ki, builki 11 fəsil və 24 bəndlik proqramda gənclərlə bağlı yeni istiqamətlər ayrıca fəsil olaraq müəyyənləşdirib: "Belə ki, sənəddə gənclər arasında insan hüquqlarının, gender bərabərliyinin təmin olunması kimi məsələlər və s. öz əksini tapıb".

İ.Babayev bildirib ki, Gənclər Evindən səmərəli istifadə etmək lazımdır: "Onların qapısı hər zaman açıq olmalıdır".

Son xəbərlər

Orphus sistemi