Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Gəncədə Cavad xanın anım mərasimi keçirilib Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib
Sosial müdafiə
4 Yanvar , 2017 14:26
Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Gəncədə şəhərin sonuncu xanı olan Cavad xan anılıb.

"Report" xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən anım mərasimində ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev xalq qəhrəmanının şücaətindən danışıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib.

Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın 1804-cü ildə yanvarın 3-dən 4-ə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmasından danışıb.

Daha sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Son xəbərlər

Orphus sistemi