Gəncədə bayram yarmarkası təşkil olunub

Gəncədə bayram yarmarkası təşkil olunub Gəncə. 22 avqust. REPORT.AZ/ Gəncə şəhərində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyilə Qurban bayramı ilə əlaqədar iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası baş tutub.
Sosial müdafiə
22 Avqust , 2018 16:48
Gəncədə bayram yarmarkası təşkil olunub
Report

Gəncə. 22 avqust. REPORT.AZ/ Gəncə şəhərində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyilə Qurban bayramı ilə əlaqədar iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası baş tutub.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, heyvanların satışı Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə həyata keçirilib. Bayram yarmarkasında satışa 300-dən çox xırdabuynuzlu heyvan çıxarılıb ki, onların da qiyməti 100-160 AZN arasında dəyişib. Bu da hazırkı bazar qiymətindən 30-35 AZN aşağıdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nail Məmmədovun sözləinə görə, qiymətlərin münasib olması əhalinin alıcılıq qabiliyyətinə də müsbət təsir göstərib: “Xırdabuynuzlu heyvanların satışına iki-üç saatdır ki, başlanılıb, yəni səhər saat 8-dən etibarən xidmət göstəririk və artıq heyvanların böyük əksəriyyəti satılıb. Bununla belə satış bugünlə bərabər sabah da davam edəcək”.

Qeyd edək ki, respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan bayram yarmarkalarında, ümumilikdə, 30 minə yaxın qurbanlıq heyvan satışa çıxarılıb. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də, Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər də yarmarkalara heyvan çıxarıb. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara, təxminən, 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətirilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Son xəbərlər

Orphus sistemi