Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.
Sosial müdafiə
21 May , 2019 21:08
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, icra başçısı vətəndaşları narahat edən məsələlərlə maraqlanıb, şikayət və təkliflərini dinləyib, bəzi problemlərlə isə yerində tanış olub.

Müraciətlər, əsasən, işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, su xətlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı olub.

Sakinlərin müraciətlərini dinləyən icra başçısı dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulunda iştirak edərək sakinlər adından öz şikayətini dilə gətirən Rəxşəndə Verdiyevanın səsləndirdiyi problemlə isə Niyazi Bayramov elə yerində tanış olub. Rəxşəndə Verdiyeva Məhsəti Qəsəbəsi, 8-ci küçədə su-kanalizasiya xəttinin olmamasından şikayətlənib. 

Niyazi Bayramov Kəpəz Rayon İcra Hakimiyyətinin, Memarlıq və Tikinti, habelə Şəhər Təsərrüfatı şöbələrinin rəhbər şəxslərilə birlikdə əraziyə baxış keçirib. Burada sakinlərlə söhbət edən Niyazi Bayramov, bir neçə vətəndaşın evinə də baş çəkib. Buradakı vəziyyətlə yaxından tanış olan, məsələ ilə bağlı aidiyyatı şəxslərlə elə yerində müzakirə aparan icra başçısı movcud problemin qısa zamanda aradan qaldırılması üçün tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi