Yuxarı
    Bağlamaq

    Fuad Ələsgərov: “Gələn il daha iki "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək

    Həmin mərkəzlər Qəbələ və Masallı rayonlarında açılacaq”

    Bakı. 4 dekabr. REPORT.AZ/ “Gələn il daha iki "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək. Həmin mərkəzlər Qəbələ və Masallı rayonlarında açılacaq”. 

    "Report" xəbər verir ki, bunu "ASAN Könüllüləri"nin II Ümumrespublika Forumunda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov deyib. 

    O bildirib ki, "ASAN xidmət" konsepsiyası çox qısa müddətə uğurları ilə özünü doğruldub: "Bu uğurlar həm ölkə vətəndaşları tərəfindən, həm də beynəlxalq səviyyədə göstərilən münasibətdə özünü göstərir. Bu gün Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərinin olmadığı rayonlarda "Səyyar ASAN xidmət" fəaliyyət göstərir. Bu xidmət tərəfindən bu günə qədər 350 mindən artıq əhaliyə xidmət göstərilib. Bu müddətdə "ASAN xidmət"in yeniliklərindən biri də "ASAN Könüllüləri"lə bağlı olub. Bu müddət ərzində 6 min gənc könüllülər məktəbindən keçib. Onlardan 650 könüllü "ASAN xidmət" mərkəzlərində öz fəaliyyətlərini davam etdirir. Qazanılan təcrübələr sayəsində 529 könüllü dövlət orqanlarında işlə təmin olunub. Onlar əsasən Ədliyyə, Daxili İşlər, Vergilər nazirliklərində, bank və sığorta şirkətlərində işlə təmin ediliblər”, - Fuad Ələsgərov bildirib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi