Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq

Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq 2021-ci ildə ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün
Sosial müdafiə
4545
21 Dekabr , 2020 14:20
Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq

Gələn il Azərbaycanda məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək.

“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Bildirilib ki, iri dövlət müəssisələri (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və s.) üzrə yaradılan 30 minə yaxın iş yerinin 2021-ci ildən Dost İş Mərkəzində təşkili, bu iş yerləri üzrə əməkhaqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi