Gədəbəydə işgəncələrə məruz qalan 87 yaşlı qadın müəssisəyə yerləşdirilir

Gədəbəydə işgəncələrə məruz qalan 87 yaşlı qadın müəssisəyə yerləşdirilir Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.
Sosial müdafiə
2 İyun , 2021 17:05
Gədəbəydə işgəncələrə məruz qalan 87 yaşlı qadın müəssisəyə yerləşdirilir
Səkinə Həsənova
0 : 00
0 : 00

Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov paylaşım edib.

O qeyd edib ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır: "Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb".

Qurum rəsmisi əlavə edib ki, ahıl qadın Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilir: "Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək. Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı video görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi