Yuxarı

Furio de Angelis: "Azərbaycanın birinci instansiya məhkəmələri sığınacaqlarla bağlı 47 işə baxıb"

Furio de Angelis: "Azərbaycanın birinci instansiya məhkəmələri sığınacaqlarla bağlı 47 işə baxıb"
© Report/ Firi Salim — BMT nümayəndəsi Furio de Angelis

Bakı. 27 fevral. REPORT.AZ/ "BMT 2015-ci ildən bu günə qədər Azərbaycanda sığınacaqlarla bağlı seminar-təlimlərə 35 min dollar xərcləyib".

"Report"un xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, təmsil etdiyi qurum bu cür tədbirlərə xüsusi önəm verir.

Furio de Angelis qeyd edib ki, QAK indiyə qədər Azərbaycanda birinci instansiya məhkəməsində 50 işə dəstək verib: "Onlardan 47-si sığınacaqlarla bağlı olub. Təəssüf ki, həmin işlərdən 34-ü barədə mənfi qərar çıxarılıb. Komitə Apellyasiya məhkəmələrində bu məsələ ilə bağlı 23 işə dəstək verib. Həmin işlərdən 15-i barəsində mənfi qərar çıxarılıb. Digər işlə isə hələ baxılma mərhələsindədir". 

Onun sözlərinə görə, bu məsələlərlə bağlı Azərbaycan Ali Məhkəməsinə 8 şikayət verilib. Onlardan 2-si barədə mənfi qərar çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi