Fizika İnstitutunda çalışan əlillərin maaşlarına əlavələr ediləcək

Fizika İnstitutunda çalışan əlillərin maaşlarına əlavələr ediləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda müdiriyyət və Həmkarlar Komitəsinin təşkilatçılığı kollektivin iclası keçirilib.
Sosial müdafiə
19 İyun , 2019 13:30
Fizika İnstitutunda çalışan əlillərin maaşlarına əlavələr ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda müdiriyyət və Həmkarlar Komitəsinin təşkilatçılığı kollektivin iclası keçirilib. 

İnstitutdan "Report"a bildirilib ki, iclasın keçirilməsində məqsəd 07.05.2018-ci ildə bağlanmış kollektiv müqaviləyə əlavələr haqqında məlumatın verilməsi olub. 

İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov Nazirlər Kabinetinin qərarına əsasən III qrup əlillərə 10-15, I və II qrup əlillərin əmək haqlarına isə 20-25 faiz əlavələr edilməsi haqqında məlumat verib. Bildirib ki, qərarın qəbul edilməsi üçün kollektivin müzakirəsinə təqdim olunur.

Daha sonra iclas Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O, kollektiv müqaviləyə ediləcək əlavələr haqqında əməkdaşlara məlumat verib.

Tədbirin sonunda kollektiv müqaviləyə edilmiş əlavə və dəyişikliklər yekdilliklə qəbul olunub.

Təklif olunub ki, müdiriyyət I, II və III qrup əlillərin əmək haqlarının yuxarı faizlərlə ödənilməsi üçün müvafiq təşkilatlar qarşısında vəsatət qaldırsın.

Son xəbərlər

Orphus sistemi