Yuxarı

FHN əməkdaşları üçün inşa edilən yaşayış binalarının açılış mərasimi olub

Nazir müavini Faiq Tağı-zadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib

Bakı. 19 mart. REPORT.AZ/ Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün inşa olunan hər biri 12 mərtəbəli, 96 mənzilli 2 yaşayış binası istifadəyə verilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Yaşayış binalarının açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. 

Mənzil alan əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edən nazir müavini vurğulayıb ki, yeni mənzillərin təqdim olunması nazirlik əməkdaşlarının bayram sevincini ikiqat artırıb.

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti kapitan Şahbaz Həsənov bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilərin və nazirliyin mülki əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı sayəsindəəməkdaşların ailələri üçün əsl bayram hədiyyəsi təqdim olunub. O, dövlət başçısının bu qayğısının FHN əməkdaşlarının daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olacağını deyib.

Sonra nazir müavini Faiq Tağı-zadə yaşayış binalarının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Qeyd edəkki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi