Bakı. 15 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. “Report” xəbər verir ki, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və şuranın katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
FHN-də yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib
Sosial müdafiə
15 fevral 2016
13:08


Son xəbərlər
