Fərdi şəxsi hesabı açılan vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar

Fərdi şəxsi hesabı açılan vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar Ötən ay fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 16 447 nəfər artıb
Sosial müdafiə
7 Sentyabr , 2016 11:33
Fərdi şəxsi hesabı açılan vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar

Bakı. 7 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin yanvar-avqust aylarında 128 964 nəfər, o cümlədən ötən ay 16 447 nəfər artaraq 3 309 118 nəfərə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumta görə, onlardan 59,4 faizi (1 965 824 nəfər) kişilər, qalanları qadınlardır.

Fərdi şəxsi hesabı açılan vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar və onlar fərdi uçot sistemində qeydiyyata alınan şəxslərin 25,2 faizini təşkil edirlər. Həmçinin sistemdə fərdi şəxsi hesabı açılanların 20,4 faizi 30 yaşa qədər olanlar, 20,1 faizi 40-50 yaş aralığında olanlar, 21,1 faizi 50-60 yaş aralığında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar istədikləri vaxtda fərdi şəxsi hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilirlər. Bu, onlara həmçinin işəgötürənlərin onlar üçün əmək haqqına uyğun həcmdə məcburi dövlət sosial sığorta haqqı köçürdüklərinə nəzarət etmək imkanı verir. Təkcə bu ilin yanvar-avqust aylarında bu e-xidmətdən 94 083 dəfə istifadə edilib.  

Son xəbərlər

Orphus sistemi