​Ev təsərrüfatları tədqiqatında yeni texnologiya tətbiq edilib

​Ev təsərrüfatları tədqiqatında yeni texnologiya tətbiq edilib Texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır
Sosial müdafiə
19 Mart , 2015 14:37
​Ev təsərrüfatları tədqiqatında yeni texnologiya tətbiq edilib

Bakı. 19 mart. REPORT.AZ/ Cari ilin fevral ayında Dövlət Statistika Komitəsi BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməkliyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib. "Report" xəbər verir ki, statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun, operativ formada qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompyuterlərdən istifadə edilib.

İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompyuterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülmüş və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa Komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülüb. Sorğu zamanı səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanıb. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.

Cari ildə bu texnologiyanın mərhələlərlə ev təsərrüfatlarının tədqiqatında və qiymət müşahidəsinin aparılmasında tam tətbiqi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi