Nazir: "Ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır"

Nazir: "Ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır" "Nazirlik 6 səyyar qrup yaradıb ki, onların hər birində 3-4 nəfər var"
Sosial müdafiə
22 fevral 2016 07:42
Nazir: Ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır

Bakı. 22 fevral. REPORT.AZ/ "Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rayonlardakı şöbələrinin əlilliyin təyini prosesində bilavasitə iştirakına son qoyulub". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, həmin şöbələrdə yalnız əhalinin müraciətlərində yer alan informasiyaların, əhalinin şəraitinin yerində yoxlanılması funksiyası qalır: "Nazirlik 6 səyyar qrup yaradıb ki, onların hər birində 3-4 nəfər var. Həmin qruplar yerlərə ezam edilib. Onlar yerlərdə olan işlərə baxıb, müvafiq qərarın qəbul edilməsini təmin edəcəklər".

İnzibati yolla bu sahədəki neqativ halların aradan qaldırılmasının mümkün olmadığını deyən nazir bildirib ki, ən şəffaf yol sosial işçinin vətəndaşla birbaşa əlaqəsinin qarşısının alınmasıdır.

Son xəbərlər

Orphus sistemi