Parlamentin Əmək və sosial siyasət komitəsi iki yeni qanun layihəsi hazırlayacaq

Parlamentin Əmək və sosial siyasət komitəsi iki yeni qanun layihəsi hazırlayacaq "Mövcud qanunlarda əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var"
Sosial müdafiə
25 Yanvar , 2016 15:10
Parlamentin Əmək və sosial siyasət komitəsi iki yeni qanun layihəsi hazırlayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsi iki yeni qanun layihəsi hazırlayacaq.

"Report"un xəbərinə görə, komitənin sədr müavini Rauf Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib ki, 2016-cı ildə Əmək və sosial siyasət komitəsi "Əlillər və əlillərin reabilitasiyası" və "Turizm haqqında" yeni qanun layihələrinin hazırlanmasını nəzərdə tutub.

Sədr müavini qeyd edib ki, bu il qanunvericilik prosesi davam edəcək, ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcək: "Mövcud qanunlarda əlavələr və dəyişikliklər edilməsinə və lazım gəldikdə yeni qanunların qəbul edilməsinə ehtiyac var. Sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhaliylə onların yaşayışı və əmək fəaliyyətləriylə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur".

Son xəbərlər

Orphus sistemi