ƏƏSMN xətti ilə işlə təmin olunanların 35,5 faizini gənclər təşkil edib

ƏƏSMN xətti ilə işlə təmin olunanların 35,5 faizini gənclər təşkil edib Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1253 nəfəri gənclər olub
Sosial müdafiə
27 İyul , 2016 14:35
ƏƏSMN xətti ilə işlə təmin olunanların 35,5 faizini gənclər təşkil edib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15800 nəfərə yaxını və ya 35,5 faizi gənclərdən ibarət olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qeyd olunan dövrdə Xidmət tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfərini Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfərini gənclər təşkil edib.

Nazirlikdən bildirilib ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan vətəndaşların 1253 nəfəri gənclər olub.

Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin ötən dövründə bu təbəqədən olan 200 nəfərə yaxın gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.

Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Bu məqsədlə Xidmət tərəfindən cari ilin yanvar-iyun aylarında 59058 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Cari ilin 6 ayında Xidmətin xətti ilə 32 şəhər və rayonda orta ümumtəhsil məktəblərində 500 nəfər valideynin əhatə olunduğu peşəyönümü məsləhətləri təşkil edilib, onlara övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.  

Son xəbərlər

Orphus sistemi