Yuxarı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavablandırdığı müraciətlərin sayı açıqlanıb

Müraciətlərin 778-i təklif və şikayətlər, sosial təminat növü ilə təmin olunmaq hüquqlarının müəyyən olunması məsələləri əhatə edir

Bakı. 3 noyabr. REPORT.AZ/ Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi” 10 841 müraciəti cavablandırıb. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, daxil olan müraciətlərin 10 063-ü (92,8 %) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğularından ibarət olub və həmin sorğularla bağlı vətəndaşlara aydın şəkildə və ətraflı izahatlar verilib. Ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat növü ilə təmin olunmaq hüquqlarının müəyyən olunması məsələlərinin, təklif və şikayətlərin ifadə olunduğu 778 müraciət isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə ötən ay 142 “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 4 073-ü (37,6%) sosial təminat, 2 452-si (22,6%) əmək qanunvericiliyi, 2 224-ü (20,5%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 1 209-u (11,2%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 883-ü (8,1%) isə məşğulluq məsələlərinə aid olub. Bu dövrdə əmək qanunvericiliyi ilə əlaqədar müraciətlərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 42,8 faiz azalıb. Eyni zamanda, nazirliyin elektron xidmətlərindən yararlanmaq istəyənlərin getdikcə artmasının göstəricisi kimi, bu e-xidmətlərdən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayında əvvəlki sentyabr ayı ilə müqayisədə 10,3 faiz, cari ilin avqust ayı ilə müqayisədə 55,2 faiz artım qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi