Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib Bakı. 26 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Sosial müdafiə
26 Dekabr , 2018 10:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfransda Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi