Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə apreldə daxil olan müraciətlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə apreldə daxil olan müraciətlərin sayı açıqlanıb Daxil olan müraciətlərin 98,1 faizi sorğu xarakterli olub
Sosial müdafiə
2 May , 2016 10:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə apreldə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə bu ilin aprel ayında 15 433 müraciət daxil olub.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, daxil olan müraciətlərin 15 145-i (98,1 faiz) məhz nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar olub.

Bütün sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 49,6 faizi sosial təminat, 14,9 faizi əmək qanunvericiliyi, 19 faizi nazirliyin elektron xidmətlərindən istifadə 8,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2 faizi isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artmaqda davam edir. Bunun daha bir ifadəsi kimi, son bir ayda 142-“Çağrı mərkəzi”nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34 faiz, fevral ayı ilə müqayisədə 18 faiz, mart ayı ilə müqayisədə isə 15,1 faiz artıb.

Son xəbərlər

Orphus sistemi