Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib Bakı. 14 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.
Sosial müdafiə
14 İyul , 2018 17:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti sosial müdafiə proqramları çərçivəsində həssas qruplara dövlətin qayğısının daim artmasına imkan verir. Eyni zamanda sosial təminat sistemində şəffaflığın tam təminatı cənab Prezident tərəfindən nazirlik qarşısında müəyyən edilən vəzifələr sırasındadır. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial təminat sahəsində ciddi islahatlar aparılmasını, yol verilmiş pozuntuların aradan qaldırılmasını, bu sahədə şəffaflığın tam təmin edilməsini, sosial ədalətin bərqərar olunmasını tapşırıb.

Nazir həmçinin Prezident İlham Əliyev tərəfindən qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 6-7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verdiyini diqqətə çatdırıb.

S.Babayev məşğulluq orqanlarının bir sıra tədbirlərinin bəzən formal xarakter daşıdığını deyib, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib.

S.Babayev vurğulayıb ki, Prezident tərəfindən verilən tapşırıqların yüksək səviyyədə icrası, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, sosial ədalət prinsipinin rəhbər tutulması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi konkret və məqsədyönlü tədbirlərin görülməsini, qeyd olunan istiqamətlərdə ciddi dönüş yaradılmasını qısa müddətdə təmin edəcək.

Müşavirədə dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr üzrə görüləcək işlər müəyyən olunub, Nazirliyin struktur bölmələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. 

Son xəbərlər

Orphus sistemi