Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb Şuranın məqsədi sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiə olunmasıdır
Sosial müdafiə
16 Fevral , 2016 15:13
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Apellyasiya Şurasının Əsasnaməsi təsdiq edilib və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.  

Son xəbərlər

Orphus sistemi