Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Regional İnkişaf" İctimai Birliyi arasında memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Regional İnkişaf" İctimai Birliyi arasında memorandum imzalanıb Bakı. 16 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sosial müdafiə
116
16 İyul , 2018 11:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Regional İnkişaf İctimai Birliyi arasında memorandum imzalanıb

Bakı. 16 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

"Report" xəbər verir ki, sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Anar Əliyev və "Regional İnkişaf" İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıb.

A.Əliyev bildirib ki, imzalanan sənədə əsasən, Fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq həyata keçirməklə, intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək: "Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar".

M.Abdullayev xatırladıb ki, Heydər Əliyev Fondu fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşlara dəstək istiqamətində layihələr həyata keçirir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluq təmin edilməsi və həmin ailələrin maddi rifahlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan Memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirməyə, regionlarda "Sosial bağlar" layihəsinin birgə həyata keçirilməsinə imkan verir".

Qeyd edək ki, memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, "Regional İnkişaf" İB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.

Son xəbərlər

Orphus sistemi