Yuxarı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 43 qurum arasında birinci olub

​Azərbaycanda ən çox istifadə olunan elektron xidmət açıqlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti ötən ilin dekabr ayında da 153 958 ədəd istifadə sayı ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında birinci olub. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Həmçinin, son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 68 528 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 18 710 ədəd təşkil edib. Qeyd olunan dövrdə ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı ümumilikdə 241 196 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595 596 ədəd) 40,4 faizi deməkdir.

Hər üç elektron xidmət ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində istifadəyə verilib. Bu sistem ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılmasına, bu sahəyə dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına, işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına yönəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi