Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup əlili istirahətə yola salıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup əlili istirahətə yola salıb 2016-cı il ərzində nazirlik ümumilikdə 760 nəfər əlilliyi olan şəxsi istirahətə göndərib
Sosial müdafiə
12 Avqust , 2016 10:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup əlili istirahətə yola salıb

Bakı. 12 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha bir qrup əlili istirahətə yola salıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, 2016-cı il ərzində nazirlik ümumilikdə 760 nəfər əlili istirahətə göndərib

Məlumatda qeyd olunub ki, nazirlik əlilliyi olan şəxslərin ölkənin səfalı guşələrində istirahətinin təşkili işlərini davam etdirir. ƏƏSMN 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

İstirahətə yola salınan əlilliyi olan şəxslər bütün sahələrdə dövlətin qayğısı ilə əhatə olunmalarından, maddi təminatlarının gücləndirilməsi, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razılıqla bəhs ediblər.

Əlilliyi olan şəxslərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən min nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir”.

V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.

Son xəbərlər

Orphus sistemi