Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər əvvəlkilərə şamil olunmayacaq"

Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər əvvəlkilərə şamil olunmayacaq" "Bu, daimi bir prosesdir, sistem halında həyata keçirilən dəyişikliklərdir"
Sosial müdafiə
16 May , 2017 12:14
Səlim Müslümov: Əmək pensiyaları haqqında qanuna dəyişikliklər əvvəlkilərə şamil olunmayacaq
Report.az

Bakı. 16 may. REPORT.AZ/ "Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb: "Həmin sənədlə bir sıra qaydalar iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq". 

Onun sözlərinə görə, bu, daimi bir prosesdir, sistem halında həyata keçirilən dəyişikliklərdir.

Son xəbərlər

Orphus sistemi