“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.
Sosial müdafiə
449
6 May , 2022 12:51
“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəbn məlumat verilib.

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi