Yuxarı

Əmək müqavilələrinə qeyri-qanuni xitam verilən 2 nəfər öz əvvəlki işlərinə bərpa edilib

​İş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları azalıb

Bakı. 11 mart. REPORT.AZ/ İş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları azalıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, fevral ayında Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin fevral ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16400 manat təşkil edib.

Bu vəsaitin 15421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmət tərəfindən görülən konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 2 nəfər öz əvvəlki işlərinə bərpa olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi