Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.
Sosial müdafiə
8 İyul , 2022 19:12
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın və bu sahədə verilmiş digər tapşırıqların icrası, nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülmüş işlər və əldə edilən nailiyyətlər barədə məlumat verib. Hesabat dövründə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində verilmiş tapşırıqların icrasının davam etdirildiyi bildirilib, bu sahədə nəzarəti həyata keçirən orqanların fəaliyyətinin əlaqələndirilməsi, qəbul edilmiş qanunvericiliyin icrasına nəzarətin gücləndirilməsi, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin stimullaşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirildiyi vurğulanıb.

İclasda, həmçinin avtomobil nəqliyyatı və pərakəndə ticarət sahələrində qeyri-formal məşğulluğun qiymətləndirilməsi və aradan qaldırılması yolları ilə bağlı məruzələr dinlənilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.

İclasda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.

Sonda Komissiyanın sədri qarşıda duran vəzifələrin icrasının gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi