Nazirlik: 2030-cu ilədək əmək bazarında mövcud olan prioritet peşələr üzrə peşə standartları hazırlanacaq

Nazirlik: 2030-cu ilədək əmək bazarında mövcud olan prioritet peşələr üzrə peşə standartları hazırlanacaq Bakı. 8 fevral. REPORT.AZ/ 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.
Sosial müdafiə
8 Fevral , 2019 14:28
Nazirlik: 2030-cu ilədək əmək bazarında mövcud olan prioritet peşələr üzrə peşə standartları hazırlanacaq

Bakı. 8 fevral. REPORT.AZ/ 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir.

Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır. Ölkədə son illərdə qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi