​Elman Mehdiyev Şəmkirdə 5 rayonun sakinlərini qəbul edib

​Elman Mehdiyev Şəmkirdə 5 rayonun sakinlərini qəbul edib Problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verilib
Sosial müdafiə
8 İyul , 2015 14:50
​Elman Mehdiyev Şəmkirdə 5 rayonun sakinlərini qəbul edib

Bakı. 8 iyul. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. "Report" xəbər verir ki, fond sədrinin qəbulunda iştirak edən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər. 

Görüş zamanı, həmçinin əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Fondun məsul əməkdaşlarının, o cümlədən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dan çox vətəndaşın müraciətinə baxılıb. 

"Açıq qapı" şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. 

Son xəbərlər

Orphus sistemi