Yuxarı
    Bağlamaq

    Elman Mehdiyev Şamaxıda 5 rayonun sakinlərini qəbul edib

    Müraciətlər əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri ilə bağlı olub

    Bakı. 3 avqust. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün Şamaxıda, Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    Fond sədrinin qəbulunda iştirak edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər. 

    Görüş zamanı həmçinin əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

    Dövlət Sosial Müdafiə Fondunun məsul əməkdaşlarının, o cümlədən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. 

    "Açıq qapı" şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, Fondun sədri onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib və müraciətlərin bir qismi yerindəcə həllini tapıb", - DSMF-dən bildirilib.

    Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi