​Elman Mehdiyev Qaxda vətəndaşları qəbul edib

​Elman Mehdiyev Qaxda vətəndaşları qəbul edib Qəbulda ümumilikdə 30-dan cox vətəndaşın müraciətlərinə baxılıb
Sosial müdafiə
2 İyun , 2015 14:06
​Elman Mehdiyev Qaxda vətəndaşları qəbul edib

Bakı. 2 iyun. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün Fondun Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib. DSMF-dən "Report"a verilən məlumata görə, qəbula gələnlərin müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Fondun məsul əməkdaşlarının Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 30-dan çox vətəndaşın müraciətlərinə baxılıb.

Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib.

Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi