Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək

Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək Martın 18-də keçiriləcək qəbul İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq
Sosial müdafiə
11 Mart , 2015 11:01
Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 18-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin yuxarıdan adları qeyd olunan rayonların müvafiq şöbələrinə müraciət edə bilərlər. 

Qəbulda iştirak edəcək vətəndaşların martın 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi