Elman Babayev: "Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması fikri reallıqdan uzaqdır"

Elman Babayev: "Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması fikri reallıqdan uzaqdır" Bakı. 26 yanvar. REPORT.AZ/ Ermənistan Mərkəzi Bankının rəhbərinin ölkədə pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaqdır. 
Sosial müdafiə
26 Yanvar , 2018 16:19
Elman Babayev: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması fikri reallıqdan uzaqdır

Bakı. 26 yanvar. REPORT.AZ/ "Ermənistan Mərkəzi Bankının rəhbərinin ölkədə pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaqdır". 

"Report"un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. 

Onun sözlərinə görə, bu, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil: "Bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir".

2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri

Ölkə Pensiyanın orta aylıq məbləği (ABŞ dolları ilə)
Azərbaycan 126,69
Ermənistan 78,52
Belarus 154,43
Gürcüstan 54,27
Qazaxıstan 201,45
Qırğızıstan 73,17
Moldova 82,07
Rusiya 214,95
Tacikistan 31,03
Ukrayna 72,98

Mənbə: Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası

Son xəbərlər

Orphus sistemi