“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin maaşları artırılıb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin maaşları artırılıb “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Sosial müdafiə
13 Avqust , 2019 12:39
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin maaşları artırılıb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Direktor 1540
2. Direktorun müavini 1230
3. Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib 900
4. Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini 760
5. Ümumi şöbənin müdiri, kitabxana müdiri 500
6. Böyük elmi redaktor, iqtisadçı, mühasib 445
7. Elmi redaktor 400
8. Kiçik redaktor, komendant, mütəxəssis 370
9. Avtomobil sürücüsü 320
10. Arxivçi 295
11. Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət 260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi