Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası ilə bağlı proqram təsdiqlənib

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası ilə bağlı proqram təsdiqlənib Bu il Əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi müsabiqəsinin keçirilməsi nəzərdə tutulur
Sosial müdafiə
28 Yanvar , 2015 10:51
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası ilə bağlı proqram təsdiqlənib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir. 

Proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış reabilitasiyasına şəraitin yaradılması, həmçinin respublika daxilində müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə bu təbəqədən olan insanların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar əməkdaşlıq və informasiya mübadiləsinin, onlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının həyata keçirilməsi də əksini tapıb.

Qeyd edilən proqram həmçinin cari il ərzində Əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi müsabiqəsinin keçirilməsini, bu təbəqədən olan insanlar arasında idman tədbirlərinin təşkilini və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasını nəzərdə tutur. Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili, ayrı-ayrı əlamətdar günlər və ildönümlərlə bağlı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili , sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi və digər tədbirlər də Proqramda yer alıb.

Son xəbərlər

Orphus sistemi