Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək Müsabiqədə Azərbaycanın bütün bölgələri üzrə 221 nəfər uşağın 762 əl işi nümayiş etdiriləcək
Sosial müdafiə
19 Noyabr , 2015 11:45
Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi keçirəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərgi-müsabiqə noyabrın 24-də başlayacaq və 26-dək davam edəcək. 

Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Respublika Rəssamlar İttifaqı ilə əməkdaşlıq şəraitində keçirilən tədbir Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasında (Bakı şəhəri, Azadlıq prospekti, 16/21) təşkil olunacaq. Sərgi-müsabiqədə Azərbaycanın bütün bölgələri üzrə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə hazırladıqları 762 əl işi nümayiş etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən keçiriləcək tədbirdə müəyyən edilən nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi