​Bu il əlilliyi olan şəxslər 6350-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

​Bu il əlilliyi olan şəxslər 6350-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib 148 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib
Sosial müdafiə
8 Aprel , 2015 10:37
​Bu il əlilliyi olan şəxslər 6350-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Bakı. 8 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən cari ilin ilk rübü ərzində əlilliyi olan şəxslər müxtəlif növlərdə ümumilikdə 6354 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 247 ədədini əlil arabaları, 183 ədədini aşağı ətraf, 29 ədədini yuxarı ətraf, 40 ədədini döş protezləri, 211 ədədini aşağı ətraf ortez-tutoru, 89 ədədini ortez-korset, 4711 ədədini yardımçı məmulat, 98 ədədini eşitmə aparatı və s. təşkil edib. Həmçinin bu dövrdə əlilliyi olan şəxslərə məxsus 148 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, eləcə də protezlə təmin edilmiş şəxslərin protezlə hərəkət imkanlarına malik olmaları, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə xidmətlər göstərilir. Qeyd olunan stasionarlarda 121 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin olunub.

Son xəbərlər

Orphus sistemi