Əlilliyi olan şəxslər Şəkidə istirahət və sağlamlıq mərkəzinə göndərilib

Əlilliyi olan şəxslər Şəkidə istirahət və sağlamlıq mərkəzinə göndərilib Son iki ayda 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb
Sosial müdafiə
30 May , 2015 12:11
Əlilliyi olan şəxslər Şəkidə istirahət və sağlamlıq mərkəzinə göndərilib

Bakı. 30 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 50 nəfər əlilliyi olan şəxsi istirahətə yola salıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslər Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Belə ki, son iki ayda ƏƏSMN tərəfindən 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb. Onlardan 286 nəfəri Lənkəran, 190 nəfəri Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin mərkəzlərdə eyni zamanda müalicəvi bədən tərbiyəsi, müxtəlif fizioterapevtik müalicə prosedurları həyata keçirilir ki, əlilliyi olan şəxslər istirahət zamanı bu müalicələrə cəlb olunurlar. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. təşkil edilir.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Proqrama uyğun olaraq, cari ilin yaz-yay mövsümündə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrinə istirahətə göndərilməsi nəzərdə tutulub. Onların istirahət və sağlamlıq mərkəzlərinə, gəzinti turlarına aparılıb-gətirilməsi xüsusi ayrılmış nəqliyyat vasitəsilə təmin olunur. 

Son xəbərlər

Orphus sistemi