Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlayıb.
Sosial müdafiə
18 May , 2019 13:11
Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bu kateqoriyadan olan 90 nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Tədbir “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlarınsosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.

Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədi ilə istirahət zonalarına göndərilməsi də yer alıb.

Bu məqsədlə bu ilin yaz-yay mövsümündə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi