Azərbaycanda əlillər icbari tibbi müayinədən beş ildən bir keçəcəklər

Azərbaycanda əlillər icbari tibbi müayinədən beş ildən bir keçəcəklər Yeni layihə 2013-cü ildən etibarən müayinədən keçən II və III qrup əlillərə aiddir
Sosial müdafiə
24 Aprel , 2015 14:41
Azərbaycanda əlillər icbari tibbi müayinədən beş ildən bir keçəcəklər

Bakı. 24 aprel. REPORT.AZ/ "Azərbaycanda əlillərin icbari tibbi müayinədən beş ildən bir keçməsi ilə bağlı layihə artıq hökumətə təqdim olunub. Bununla da vətəndaşla məmur arasındakı ünsiyyət minimuma endiriləcək". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bərdədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında deyib. 

Nazir xatırladıb ki, indiyə qədər əlilliyi olan şəxslər xəstəliklərinin təyin olunması üçün ildə bir dəfə icbari tibbi müayinədən keçirdi: "Artıq bundan sonra qaydalar dəyişəcək. Onu da qeyd edim ki, son statistikaya əsasən, 230 minə yaxın insan təkrar əlillik müayinəsindən keçib". 

S.Müslümov bildirib ki, yeni layihə 2013-cü ildən etibarən müayinədən keçən II və III qrup əlillərə aiddir: "Yəni, 2013- 2014-cü və cari ildə müayinədən keçənlər növbəti dəfə beş ildən sonra müayinədən keçəcəklər". 

Son xəbərlər

Orphus sistemi