Azərbaycan Baş Nazirinin müavini BMT-dən ölkəyə dəstəyini artırmasını istəyib

Azərbaycan Baş Nazirinin müavini BMT-dən ölkəyə dəstəyini artırmasını istəyib “Azərbaycan ərazisinin, təxminən, 20%-ni Ermənistan işğal edib. Bunun nəticəsində əhalimizin 10%-i, yəni 1 milyon vətəndaşımız məcburi köçkün olub”.
Sosial müdafiə
16 Yanvar , 2020 10:29
Azərbaycan Baş Nazirinin müavini BMT-dən ölkəyə dəstəyini artırmasını istəyib
Baş Nazirin müavini Əli Əhmədov / Report / Elchin Murad

“Azərbaycan ərazisinin, təxminən, 20%-ni Ermənistan işğal edib. Bunun nəticəsində əhalimizin 10%-i, yəni 1 milyon vətəndaşımız məcburi köçkün olub”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi baxımından dövlətin dəstəyinə ehtiyacı var və bu istiqamətdə sosial layihələrə böyük vəsaitlər ayrılır.

"Azərbaycan hökumətinin malik olduğu resursların əhəmiyyətli hissəsi məcburi köçkünlərin ehtiyaclarının ödənilməsinə sərf olunur. Hesab edirəm ki, hökumət özündən asılı olmayan səbəblərdən yaranan bu xərcləri qarşılamağa borcludur. Azərbaycanın 20% ərazisinin resurslarından istifadə edilməməsi bir tərəfdən Azərbaycan iqtisadiyyatı üçün yaradılan problemdir, digər tərəfdən ölkəmizin üzərinə qoyulmuş ağır yükdür. Bunu da hökumət həll etmək məcburiyyətindədir”, - o qeyd edib.

Baş Nazirin müavini BMT-dən ölkəyə dəstəyin artmasını istəyib: “Bis istəyirik ki, bu problemin həllinə BMT-nin diqqəti artsın. Bu, siyasi konteksdə deyilmiş söz deyil. Əhalimizin 10%-nin məcburi köçkün olması eyni zamanda sosial problemdir. Əgər bizim əhalimizin bir hissəsi köçkün olmasaydı, ərazilərimizin 20%-i işğal altında olmasaydı Azərbaycanın iqtisadi inkişafının göstəriciləri daha da yüksək olardı".

Son xəbərlər

Orphus sistemi