Əli Əhmədov: “Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər”

Əli Əhmədov: “Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər” “Hökuməti narahat edən daha bir məsələ “qara mühasibatlığın” olmasıdır”
Sosial müdafiə
20 İyun , 2017 11:35
Əli Əhmədov: “Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər”
Report.az

Bakı. 20 iyun. REPORT.AZ/ “Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər. Bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir veririk ki, gələcəkdə pensiya alanların hüquqlarının pozulmasında heç bir problem meydana çıxmasın”.

“Report” xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlar və vergi ödəyiciləri ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, bu, tamamilə ədalətli yanaşmadır: “Bunu aradan qaldırmaq üçün yollar tapmalıyıq. Əks təqdirdə pensiya yaşına çatanda dövlət onları yenidən sahibkarların üzərinə göndərəcək ki, onların haqlarını geri qaytarın. Gələcəkdə onların pensiyalarını ödəməyə hazırsınızmı? Onlar sizləri məhkəməyə verərək öz haqlarını tələb edəcəklər. Buna da ixtiyarları çatır”.

O qeyd edib ki, iş adamları lazım olan addımları indidən atmalıdırlar: “Niyyətimiz odur ki, sahibkarlıq genişlənsin, bunun üçün də lazımi imkanlar təmin edilir”.

Baş nazirin müavini deyib ki, hökuməti narahat edən daha bir məsələ “qara mühasibatlığın” olmasıdır. 2016-cı ildə DSMF-yə 1 mlrd 921 min manat vəsait daxil olub. Onun da 1 mln. 500 min manatı muzdlu işçilərin hesabına, 7 mln. 850 min manatı isə sosial ödənişlərin hesabına formalaşıb.

Ə.Əhmədov vurğulayıb ki, ölkədə 1 iş yeri bağlandıqda həyəcan təbili çalınmalıdır: “Bu gün bəzi iş yerləri bağlansa da, ölkə başçısının yeni iş yerlərinin açılması ilə bağlı gördüyü işlər bundan çoxdur”.

Son xəbərlər

Orphus sistemi