Elektron Hökumətin İnkişafı Mərkəzində mediatur təşkil edilib

Elektron Hökumətin İnkişafı Mərkəzində mediatur təşkil edilib Bakı. 27 dekabr. REPORT.AZ/ Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib.
Sosial müdafiə
27 Dekabr , 2018 17:48
Elektron Hökumətin İnkişafı Mərkəzində mediatur təşkil edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib.

"Report"un xəbərinə görə, jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzində ölkədə aparılan elektronlaşma siyasətinin əsaslarından olan elektron hökumət sahəsində dövlət siyasəti və tənzimləmələri barədə məlumat verilib.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov bildirib ki, Mərkəzin birinci mərtəbəsində yerləşən “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi innovasiyalar sahəsində öz ideyası və layihəsi olan şəxslər üçün nəzərdə tutulub: "Mərkəzdə inkubasiya, aklerasiya, təlim və digər xidmətlər göstərilir".

Mediatur zamanı bildirilib ki, İT Təlim-Tədris Mərkəzi gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir.

O qeyd edib ki, vətəndaşlar dünyada baş verən ən müasir yenilikləri ilk dəfə olaraq "my.gov" portalında görəcəklər: "Onu da qeyd edim ki, "ASAN viza vasitəsilə Azərbaycana gələn turistlərin sayı bu il kifayət qədər artıb. 2019-cu ildə yeni layihə reallaşacaq. Bu layihədən sonra kağız daşıyıcıya ehtiyac olmayacaq, FİN nömrə ilə vətəndaş özü haqqında məlumatları təqdim edəcək".

Son xəbərlər

Orphus sistemi