Eldar Əzizov: "Bayıl sürüşmə zonasının bəzi sakinləri köçmək istəmir"

Eldar Əzizov: "Bayıl sürüşmə zonasının bəzi sakinləri köçmək istəmir" "Evləri təhlükəli vəziyyətdə olan sakinlər köçürüləcəklər"
Sosial müdafiə
13 Mart , 2018 10:58
Eldar Əzizov: Bayıl sürüşmə zonasının bəzi sakinləri köçmək istəmir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov / Report

Bakı. 13 mart. REPORT.AZ/ "Bayıl sürüşmə zonasında evləri təhlükəli vəziyyətdə olan sakinlər köçürüləcəklər".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

O bildirib ki, ərazidə yaşayan bəzi sakinlər köçmək istəmir. İcra başçısının sözlərinə görə, kirayə haqqı ailənin tərkibinə görə verilir: "Digər ölkələrdə evlərin sənədləri qaydasında deyilsə, heç bir kömək edilmir. Amma burada fərq qoymuruq. 98 evdən cəmi birində sənəd var".

E.Əzizov qeyd edib ki, Maliyyə Nazirliyi və Nazirlər Kabineti qrup yaradıb: "6 ev üçün kompensasiyanın məbləği yaxın günlərdə açıqlanacaq".

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi