Əfv sərəncamı Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTO

Əfv sərəncamı Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTO Burada iki qadın azadlığa çıxıb
Sosial müdafiə
18 Mart , 2016 11:03
Əfv sərəncamı Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTO

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub. “Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Bayramova Şəbnəm Səfər qızı (1986-cı il təvəllüdlü) Azərbaycan, digəri Khodjayeva Mastura Urakovna (1968-ci il təvəllüdlü) Özbəkistan vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv siyahısında 13 əcnəbinin də adı var.

Son xəbərlər

Orphus sistemi