ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb Nazir: "Sahibkarlıq subyektlərinin sayı 4 dəfədən çox artıb"
Sosial müdafiə
20 Sentyabr , 2018 16:40
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

"Report" xəbər verir ki, memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Tədbirdə S.Babayev bildirib ki, sahibkarlıq subyektlərinin sayı 4 dəfədən çox artıb, özəl sektorun məşğulluqda payı 75 faizi keçib: "Nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramı kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradıb. İlin sonuna kimi 7 min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq".

Orxan Məmmədov deyib ki, imzalanan memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çağırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir.

O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşgulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanan memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.

Memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib.

Qeyd edək ki, memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan şəxslərin, əlillliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Son xəbərlər

Orphus sistemi