Yuxarı
    Bağlamaq

    Nazirlik: Pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış şəxslərdir

    Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manatdır

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya ilə təmin etdiyi şəxslərdən 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır.   

    Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.

    Məlumata görə, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da qanunvericilikdə əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər: "Bu gün Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur. Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. Təkcə cari ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi