ƏƏSMN: "Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq"

ƏƏSMN: "Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq" Azərbaycanda əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.
Sosial müdafiə
29 İyun , 2022 10:19
ƏƏSMN: Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq

Azərbaycanda əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.

15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.

Son xəbərlər

Orphus sistemi