ƏƏSM yanında İctimai Şuranın işçi qrupunun özünüməşğulluğun təmin edilməsinə dair yığıncağı keçirilib

ƏƏSM yanında İctimai Şuranın işçi qrupunun özünüməşğulluğun təmin edilməsinə dair yığıncağı keçirilib Bakı. 21 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun üzvlərinin Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri , işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib.
Sosial müdafiə
21 Oktyabr , 2018 10:29
ƏƏSM yanında İctimai Şuranın işçi qrupunun özünüməşğulluğun təmin edilməsinə dair yığıncağı keçirilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın  Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun  üzvlərinin  Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri , işçi qrupla əlaqələndirici  Elnur Süleymanovla görüşü keçirilib.

“Report” xəbər verir ki, görüşü  İctimai Şuranın sədri Umud Mirzəyev açaraq, nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında qurulmuş  səmərəli əməkdaşlıq əlaqələri və xüsusən də bu görüşün əhəmiyyətini qeyd edib.

Nazirlik rəsmisi öz çıxışında qeyri- rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq, təhlillərin və  maarifləndirmə işləri apararaq yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsi, özünüməşğulluq proqramının aktiv əmək proqramı olaraq, işsiz və işaxtaran şəxslərin  fərdı ailə təsərrüfatlarını və gəlirgətirən sahələrini formalaşdırdığnı bildirib.Özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi əhəmiyyətliliyi  eləcə də aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmaları, onların gəlirlərini artırmaqla dövlət sosial yardım proqramından asılılığının aradan qalxması və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratdığı qeyd olunub. 

İctimai Şuranın üzvü, işçi qrupun koordinatoru Zaur Quliyev işçi qrupun Fəaliyyət planını təqdim edərək, nəzərdə tutulan fəaliyyətləri diqqətə çatdırmış,  qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyətlərin davam etdirilməsinin zəruliyini qeyd edib.  Bununla yanaşı , ƏƏSM nazirliyi yanında İctimai Şura və işçi qrupunun şəffaflığın təmin olunması məqsədilə özünü məşğulluq proqramının icrası prossesində  ictimai nəzarətin həyata keçirilməsi, seçim prossesinin, maddi-məişət şəraitinin qiymətləndirilməsi, təlimlərin keçirilməsi, biznes planların müdafiəsi, mal və materialların  təqdim edilməsi, verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə olunması , proqramın dayanıqlığının monitorinqinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.  

Görüş qarşılıqlı müzakirə şəklində davam edib. 

Son xəbərlər

Orphus sistemi